“Qarabağ”dan 7 pilləlik irəliləyiş - UEFA reytinqi

“Qarabağ”dan 7 pilləlik irəliləyiş - UEFA reytinqi

Hazırda oxunan: “Qarabağ”dan 7 pilləlik irəliləyiş - UEFA reytinqi

44711

Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Bizim.Media-nın məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb.

Konfrans Liqasının “Kayrat”la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” siyahıda 57-ci yerə yüksəlib.

Bu qələbə ilə xal hesabını 24,000-ə çatdıran Ağdam təmsilçisi 7 pillə irəliləyib.

MÖVZU İLƏ BAĞLI:
Qurban Qurbanov: “Futbolçularım böyük bir zəfər qazandı”


Qurban Qurbanovun yetirmələri “Makkabi” (Təl-Əviv), “Qalatasaray”, “Feyenoord”, “Alkmaar”, “Volfsburq”, “Hoffenhaym”, “Real Sosyedad”, “Lill”, “Borussiya” (Mönhenqladbax) kimi komandaları qabaqlayır.

Qeyd edək ki, cədvələ 129,000 xala malik “Bavariya” başçılıq edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO