Milli Məclis Əmək Məcəlləsində daha bir dəyişikliyi edəcək

Milli Məclis Əmək Məcəlləsində daha bir dəyişikliyi edəcək

Hazırda oxunan: Milli Məclis Əmək Məcəlləsində daha bir dəyişikliyi edəcək

4467

Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Bizim.Media xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə  əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO