AMEA-nın vəzifəli şəxsləri istintaq altındadır – Baş Prokurorluq

AMEA-nın vəzifəli şəxsləri istintaq altındadır – Baş Prokurorluq

Hazırda oxunan: AMEA-nın vəzifəli şəxsləri istintaq altındadır – Baş Prokurorluq

44662

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və Texnologiya Parkı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi həmin MMC-nin sabiq direktoruna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə ona aid olan hissədə məhkəməyə göndərilib, digər xüsusatlar üzrə isə cinayət işi ayrıca icraata ayrılaraq hazırda istintaqı davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluq və DİN məlumat yaydı


Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

“Bundan başqa, Akademiyanın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı hazırda davam etdirilir”, - deyə Baş Prokurorluqdan qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO