Vüqar Səfərlinin daha bir fırıldaqçılığı üzə çıxdı – Parket əvəzinə laminat...

Vüqar Səfərlinin daha bir fırıldaqçılığı üzə çıxdı – Parket əvəzinə laminat...

Hazırda oxunan: Vüqar Səfərlinin daha bir fırıldaqçılığı üzə çıxdı – Parket əvəzinə laminat...

44657

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən B.İsmayılov dövlət ittihamçısının suallarını cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli və Əli Həsənov ifşa edildi – Məhkəmədə inanılmaz fırıldaqları üzə çıxdı


Məhkəmə iclası zamanı məlum olub ki, jurnalistlər üçün tikilən binalarda parket əvəzinə laminatdan istifadə edilib, bununla da külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərlidən binaların tikintisi zamanı nə üçün parketlərin əvəzinə laminatlardan istifadə edilməsi məsələsini soruşub.
 

“Sənəddə əvvəl laminat qeyd edilmişdi. Bu barədə sonradan bildim ki, ora parket vurulmalı imiş”, deyə V.Səfərli bildirib.


Məhkəmədə digər təqsirləndirilən T.Tahirov dindirilib. O deyib ki, jurnalistlər üçün tikilən ikinci və üçüncü binanın tikintisi zamanı layihə rəhbəri və baş memar olub. O, ittihamlara özünü təqsirli bilməyib.

Növbəti proses noyabrın 10-da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO