Qurban Məmmədovun qatil adlandırdığı ŞƏHİDİN atasından ETİRAZ – VİDEO

Qurban Məmmədovun qatil adlandırdığı ŞƏHİDİN atasından ETİRAZ – VİDEO

Hazırda oxunan: Qurban Məmmədovun qatil adlandırdığı ŞƏHİDİN atasından ETİRAZ – VİDEO

44628

Londonda yaşayan və adı müxtəlif fırıldaqçılıq əməllərində hallanan Qurban Məmmədovun 44 günlük Vətən müharibəsində tarix yazan şəhidlərimizi ləkələyən çıxışlarını təqdim etmişdik. 

Qeyd edək ki, video-bloger şəxsi YouTube kanalında canını vətən uğurunda qurban verən şəhidləri qatil adlandırmışdı.

Söhbət Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Aprel döyüşlərinin fəal iştirakçısı, Vətən müharibəsinin şəhidi Babək Səmidli və şəhid çavuş Vasif Quliyevdən gedir. Qurban Məmmədov kanalında Babək Səmidlini “Tərtər işi” ilə bağlı saxta məhkəmə proseslərində işgəncə görənləri və zərərçəkmişləri pulla ələ alan cani kimi, Vasif Quliyevi isə zabit Adil Sabirlinin qatili kimi təqdim etmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Məmmədovdan ŞƏHİDLƏRİMİZƏ görünməmiş təhqir - Onları qatil adlandırdı -  VİDEO FAKT


Sosial mediada şəhidlərimizin müqəddəs xatirəsinin ləkələnməsi və adlarına olan hörmətsizlik ciddi etirazlara səbəb olub.

Bununla bağlı Şəhid Vasif Quliyevin atası Tahir Quliyev Bizim.Media - ya video müraciət göndərib. O, çıxışında oğlunun adının haqsız yerə ləkələnməsinə son verilməsini tələb edib:

“Oğlumun işlədiyi dövrdə heç vaxt qeyri-qanuni nailiyyətləri olmayıb. Halbuki haqqında bəzi saytlarda xoşagəlməz məlumatlar yayılıb. Reklam xarakterli bu cür məlumatları yayanlar qanun qarşısında cavab verməlidir. Ordumuza, şəhidlərimizə və dövlətimizə ləkə vuranlar öz layiqli cavablarını almalıdırlar. Ali Baş komandanımızdan və güc strukturlarından bunu şəhid atası kimi xahiş edirəm”.

Video müraciətdə Vasif Quliyevin dayısı və döyüş yoldaşı da şəhidin qatil kimi təqdim olunmasından narahatlıqlarını ifadə ediblər.

“Mən Vasifin həm dayısı, həm də qayınatasıyam. Onun iki gül balası bizə əmanətdir. Sosial şəbəkələrdə yayılanlar Vasif, onu sevənlər və ailəsi üçün başaldadıcıdır. Vasifin qəlbi hər zaman Vətənlə, topraqla döyünüb. Ölkə başçısından, birinci xanımımızdan və güc strukturlarından bu söz-söhbətə son qoyulmasını istəyirik”.

Döyüş yoldaşı Simran İsmayılzadə çiyin-çiyinə vuruşduğu Vasif Quliyevin haqqına girildiyini dilə gətirib.

 “Üstünə atılan böhtan və şərlərlə bağlı addım atılsın. Vətən uğrunda canından keçmiş şəhidimizin haqqına girilməsin. Qazi dostlarımızdan da dəstək istəyirik. Mən onunla müharibədə bir yerdə olmuşam. Aprel savaşında qüdrətli döyüşlərimiz olub.
 

Xaricdə oturub, şəhidlərimizin adına ləkə gətirirlər. Qatil kimdirsə, tapılsın və cəzalandırılsın”, - deyə o, əlavə edib.


Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun çavuşu Vasif Quliyev Aprel döyüşlərində fəal iştirak edib. Ötən il 44 günlük Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə sentyabrın 28-də şəhid olub.

Babək Səmidli isə Aprel döyüşləri zamanı 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub.

Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. O, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən olub və noyabrda minaya düşərək şəhidlik zirvəsinə ucalıb.
 


Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO