“Cəfər Cabbarlı” metro stansiyasının əsaslı təmiri və yenidən qurulması işləri çərçivəsində yerüstü sahədə başlanılmış ilk tədbirlər başa çatdırılıb.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
"28 May” stansiyasında baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA
Tədbirlər planına uyğun olaraq, “28 May” stansiyasının qarşısındakı meydançada “Cəfər Cabbarlı” stansiyasının konstruksiyalarının mühafizəsini gücləndirmək məqsədilə aparılan tədbirlər çərçivəsində yerin üst təbəqəsi sökülərək, yenilənib.
"Meydançanın sıx hərəkət sahəsi olduğu nəzərə alınaraq, işlər bir neçə istiqamətdə aparılıb. Əsas məqsəd “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından, müvafiq keçidlərdən istifadə edən, həmçinin ərazidən keçən piyadaların hərəkət təhlükəsizliyi və rahatlığını təmin etmək olub”, - məlumatda qeyd olunub.
Bizim.Media