Əli Həsənov ofislərini icarəyə verir – DƏYƏRİNDƏN DƏFƏLƏRLƏ UCUZA...  

Əli Həsənov ofislərini icarəyə verir – DƏYƏRİNDƏN DƏFƏLƏRLƏ UCUZA...  

Hazırda oxunan: Əli Həsənov ofislərini icarəyə verir – DƏYƏRİNDƏN DƏFƏLƏRLƏ UCUZA...  

44495

Son dönəmlər Bakı şəhərində ofislərin qiymətində artım müşahidə olunur. Bu səbəbdən də, şəhərin mərkəzinə yaxın istiqamətlərdə yerləşən və ucuz qiymətlə təklif olunan ofislər tapmaq müşkül məsələyə çevrilib.

Araşdırmalarımız nəticəsində, Yasamal rayonu, Mətbuat prosepktində yerləşən keçmiş “BMM binası”nda 3 fərqli əmlak agentliyi tərəfindən təqdim olunan və bazar qiymətlərilə müqayisədə daha ucuz qiymətə təklif olunan bir neçə ofisə rast gəldik:

Bizim.Media-ya etibarlı mənbələrdən daxil olan məlumata görə isə, sözügedən ofislər PA-nın keçmiş şöbə müdiri Əli Həsənova məxsusdur.

Qeyd olunan informasiya ilə bağlı əsaslı faktlar da redaksiyamıza təqdim olunub. Belə ki, həmin ofislərin yerləşdiyi binanın komendantının Əli Həsənovun həyat yoldaşı, Sona Həsənovanın əmisi oğlu Səxavət Vəliyev olduğu qeyd olunub.
 

Eyni zamanda həmin ünvanı mütəmadi olaraq ziyarət edən şəxslər, Səxavət Vəliyevə məxsus “90-AA-518” dövlət nişanlı “Toyota Prado” markalı avtomobilə binanın qarşısında rast gələ bilərlər.


Bundan əlavə, Sona Həsənovanın özünün də, tez-tez ofisləri ziyarət etməyə gəldiyi bildirilir.

Qeyd edək ki, sözügedən ofislər daha əvvəl digər mətbu orqanlar tərəfindən istifadə olunub. Və ofislərin əvvəlkindən xeyli ucuz qiymətlərlə təklif olunduğunu isə həmin media qurumları da təsdiq edə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun sosial şəbəkələrdən qaçma səbəbi


Xatırladaq ki, daha əvvəl də Əli Həsənovun Azərbaycandakı mülklərini satışa çıxarması məsələsi mətbuatda işıqlandırılmışdı. Belə ki, keçmiş məmurun avqustun ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən mənzilini dəyərindən 2-3 dəfə ucuz qiymətə satışa çıxardığı ortaya çıxmışdı. Bundan əlavə həmin mənzilin dövlət hesabına tikilərək Əli Həsənova hədiyyə edildiyi və mənzilin eks dövlət məmurunun oğlu Şamxal Həsənlinin adına qeydiyyatda olduğu məlum olub.

Ümumilikdə isə, qeyd oluna faktlar PA-nın keçmiş şöbə müdirinin çətin vəziyyətdə olmasında xəbər verir. Xüsusilə də, Əli Həsənovun mülklərini əldən çıxarmaq üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərlinin həbsindən sonra daha çox tələskənlik nümayiş etdirir.

Eyni zamanda, Əli Həsənovun adı Vüqar Səfərlinin məhkəmə işindən öncə də bir sıra qanunazidd əməllərdə hallanırdı.
 

Bu səbəblərdən dolayı, PA-nın keçmiş şöbə müdirinin ya həbs olunacağı, ya da ölkədən qaçacağı ehtimalları önə sürülürdü.


Bundan əlavə, keçmiş məmurun oğlu Şamxal Həsənlinin bu ilin əvvəllərində Bakıdakı mülklərini dəyər-dəyməzinə satışa çıxararaq, Dubayda və Türkiyədə yeni biznesə başladığı haqqında məlumatları da xatırlatmaqda fayda var.

Digər önəmli nüans isə, Əli Həsənovun oktyabrın əvvəllərində özünün “Facebook” hesabını bağlamasıdır.

Sadalanan fikirlər isə, bir sıra sualların meydana çıxmasına səbəb olub:

Əli Həsənov bu qədər pulu haraya xərcləyəcək?

Əli Həsənov kölgəyə çəkilərək dövlət maraqlarına zərbə vuracaq planlarmı qurur?


Yoxsa...

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO