“Ona heç azadlıq da arzulamıram” - Səlim Müslümovun atası danışdı

“Ona heç azadlıq da arzulamıram” - Səlim Müslümovun atası danışdı

Hazırda oxunan: “Ona heç azadlıq da arzulamıram” - Səlim Müslümovun atası danışdı

44484

1 noyabr 1961-ci ildə dünyaya gələn sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 60 illik yubileyini dəmir barmaqlıqlar arxasında qeyd edib.

Bizim.Media xəbər verir ki, bu barədə modern.az-a danışan sabiq nazirin atası Yanvar Müslümov oğluna arzularını dilə gətirib:
 

"Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zamanda bundan mühüm, bundan ali heç nə yoxdur. Ona görə də oğluma yalnız can sağlığı arzulayıram. İnanın ki, heç azadlıq da arzulamıram. Bircə canı sağ olsun, bu dünyanı bürüyən koronavirus ondan uzaq olsun, başqa heç nə istəmirəm".


Xatırladaq ki, bu, Səlim Müslümovun ilk həbsi deyil. Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Azərbaycan Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev, Maliyyə Nazirliyinin idarə rəisi Səlim Müslümov və Səbailin icra başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham edilmişdilər.

Bununla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən Azərbaycan Əmanət Bankından (indiki Kapital Bank) milyonlarla vəsaitin "yoxa" çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub.

Həmin dönəmdə saxlanılan Səlim Müslümov altı aydan sonra azadlığa buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO