Bakıda oteldə qadın müğənnini öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Bakıda oteldə qadın müğənnini öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Bakıda oteldə qadın müğənnini öldürmək istəyən şəxsdən XƏBƏR VAR

44424

Bakıda oteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Xatırladaq ki, iyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində olan hotellərin birində Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.
 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO