Erməni əsirliyində olan Bayram Kərimovdan xəbər var

Erməni əsirliyində olan Bayram Kərimovdan xəbər var

Hazırda oxunan: Erməni əsirliyində olan Bayram Kərimovdan xəbər var

4437

Ermənistanda əsirlikdə olan Gəncə sakini Bayram Kərimov ailəsinə xəbər göndərib.

Bizim.Media xəbər verir ki, bunu B. Kərimovun atası Yaşar Kərimov bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Yaşar Kərimova bildirilib ki, oğluna baş çəkiblər, səhhətində heç bir problem yoxdur.

B. Kərimova atasının və həyat yoldaşının göndərdiyi məktub da çatdırılıb və o, məktubları oxuyub.

Bayram Kərimov ailə üzvlərinə məktub yazmayıb, deyib ki, həyəcanlıdır, valideynlərinə və həyat yoldaşına sağ-salamat olduğunu çatdırsınlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Yaşar Kərimova oğlu Bayram Kərimovun oturmaqda çətinlik çəkmədiyi də bildirilib. Yaşar Kərimov isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə oğlunun tezliklə əsirlikdən qaytarılmasını istədiyini qeyd edib.

Qeyd edək ki, B. Kərimov Şuşa uğrunda döyüşlərdə yaralandıqdan sonra əsir düşüb. B. Kərimov ailəlidir, bir azyaşlı oğlu var.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.

Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən azərbaycanlılardan Amin Musayev ailəsinə məktub göndərib. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO