Çingiz Abdullayev niyə

Çingiz Abdullayev niyə "I Qarabağ müharibəsi yoxdur" deyib? - VİDEO

Hazırda oxunan: Çingiz Abdullayev niyə "I Qarabağ müharibəsi yoxdur" deyib? - VİDEO

44328

Xalq yazıçısı Çingiz Abdullayev narazılıqla qarşılanan “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, o, “Facebook” hesabında paylaşdığı videoda məsələnin yarımçıq təqdim olunduğunu qeyd edib:

“Danışanda dedim ki, hələ bir il bundan öncə mən rus telekanallarında bizim qonşularımızdan danışanda onlar mənə dedilər ki, siz ticarət xalqısınız, biz isə əsgər xalqıyıq. Ona görə birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpağınızı almışıq.
 

İndi bəziləri qəsdən deyir ki, “Çingiz şəhidlərə hörmətsizlik edir.


Hamısı yalandır. Çünki şəhidlərin arasında mənim bir neçə qohumum var.

Mənim Şuşada həlak olan qardaşım var. Ümumiyyətlə, həmişə demişəm ki, biz neçə min şəhid itirmişik, Allah onların hamısına rəhmət eləsin. Ona görə ki, onlar hamısı qəhrəmandırlar.
 

Çingiz Abdullayevdən Qarabağ Müharibəsi haqda qalmaqallı AÇIQLAMA: “Yalandır” - VİDEO


Mən qonşularımızla qəti razı ola bilmərəm. Biz ticarət xalqı deyilik, biz qəhrəman xalqıyıq.

Nə qədər şəhid o müharibədə və 3 minə yaxın şəhid bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, bizim iqtisadiyyatımız, pulumuz, imkanımız, Prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim. Bunu hələ bir il bundan öncə demişdim və 1 ay bundan öncə yazmışdım.

O vaxt oxuyanlardan heç kim buna fikir vermədi. Bu videonu qəsdən belə çəkiblər ki, birinci hissə orada olmasın. Amma baxın orada (çıxış etdiyi tədbiri nəzərdə tutur-red.) neçə yüz adam oturmuşdu. Onlardan soruşun ki, necə olub və necə danışmışam”, - Çingiz Abdullayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO