Xaricdə təhsil alan 81 tələbənin diplomu tanınmadı - SƏBƏB

Xaricdə təhsil alan 81 tələbənin diplomu tanınmadı - SƏBƏB

Hazırda oxunan: Xaricdə təhsil alan 81 tələbənin diplomu tanınmadı - SƏBƏB

44312

Oktyabr ayı üçün xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyat Təminatı Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, ötən ay üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edililib.

Qeyd olunub ki, 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.


Ən çox müraciət olunan ixtisaslar isə, iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.


Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib.  Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO