ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir

ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir

Hazırda oxunan: ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana gəlir

44299

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstan səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Noyabrın 2-4-dək sürəcək səfər zamanı diplomat Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələri müzakirə edəcək.

Məlumata görə, İrəvanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO