“Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib.
O, oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib:
“Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz, komandiri olub”.
Bizim.Media