Bakıda narkotik satan qadın tutuldu – VİDEO

Bakıda narkotik satan qadın tutuldu – VİDEO

Hazırda oxunan: Bakıda narkotik satan qadın tutuldu – VİDEO

44263

Bakının Nizami rayonunda keçirilən əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan 1-i qadın olmaqla 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Əsmər Kazımovanı Qara Qarayev prospektində narkotik satanda tutublar.

Onun üzərində şəxsi axtarış aparılarkən 17 bükün satış üçün qablaşdırılan narkotik vasitə marixuana aşkar edilib.

Əsmər Kazımova ifadəsində narkotik vasitələri Bəxtiyar və Elmir adlı şəxslərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin qadına narkotik vasitəni satan Bəxtiyar Qasımlı və Elmir Ağamalılı da saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxsin üzərindən bir kibrit qutusu marixuana aşkar olunub.

Əlavə olaraq, Bəxtiyar Qasımlının Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən mənzilinə baxış zamanı 19 kibrit qutusunda satış üçün saxladığı marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərin hər biri izahatlarında Nizami, Suraxanı və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO