İlham Əliyev və xanımı Lahıc sakinləri ilə söhbətləşdilər - VİDEO

İlham Əliyev və xanımı Lahıc sakinləri ilə söhbətləşdilər - VİDEO

Hazırda oxunan: İlham Əliyev və xanımı Lahıc sakinləri ilə söhbətləşdilər - VİDEO

44256

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Birinci xanım Mehriban Əliyeva: Salam, Xoş gördük.

Qadın sakin: Salam, xoş gəlmisiniz, həmişə Siz gələsiniz. Lahıc camaatı adından, öz adımızdan Sizə təşəkkür edirik, “xoş gəlmisiniz” deyirik.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Gözəl Qarabağımızı bizə qaytardığınız üçün çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Bu da Sizin hədiyyəniz.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, çox sağ olun, Xarıbülbülümüz.

Qadın sakin: Allah razı olsun, Allah canınızı sağ eləsin.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salaməleyküm.

Birinci xanım Mehriban Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Çox sağ olun. Necəsiniz?

Kişi sakin: Sizə böyük müvəffəqiyyətlər arzu edirəm. Siz 44 günlük müharibədə bizim başımızı uca etdiniz. Allah Sizdən razı olsun. Bütün xalqların arasında bizi bu uca mərtəbəyə qaldırdınız. Əsgərlərimiz böyük şücaət göstərdi, şəhidlərimiz oldu. Sizin informasiya sahəsində əldə etdiyiniz qələbə böyük Qələbəmizin yarısı qədərdir. Sizə, Mehriban xanıma böyük müvəffəqiyyətlər, cansağlığı arzu edirəm.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO