Salyandakı hadisə ilə bağlı DİN-dən açıqlama – Qarşısı alınıb, araşdırma aparılır

Salyandakı hadisə ilə bağlı DİN-dən açıqlama – Qarşısı alınıb, araşdırma aparılır

Hazırda oxunan: Salyandakı hadisə ilə bağlı DİN-dən açıqlama – Qarşısı alınıb, araşdırma aparılır

44232

Daxili İşlər Nazirliyi (DİN) Salyanda azyaşlının nikahı ilə bağlı məsələyə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev azyaşlının valideynlərinin Salyan Rayon Polis Şöbəsinə dəvət olunduqlarını deyib.

“Qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”, - deyə E.Hacıyev əlavə edib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Salyanın Şorsulu kəndində 14 yaşında yeniyetmə erkən nikaha sövq olunub. İyul ayında uşağın nişan mərasimi keçirilib.

O da bildirilib ki, V.Ismayilov adina Şorsulu kənd məktəbinin 8-ci sinfində təhsil almalı olan uşağın valideynləri məktəb rəhbərliyi ilə onun dərsə getməməsi məsələsini həll ediblər. Azyaşlının toyunun yanvar ayında, uşağın 15 yaşı olduqdan sonra keçirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO