"Halal" necə "Hilal" oldu?

Hazırda oxunan: "Halal" necə "Hilal" oldu?

44197
Aprelin 1-dən Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Halal" standartlarının tətbiqi üçün yeni qaydaların qüvvəyə minməsi ölkədəki kolbasa istehsalçılarının kürkünə birə salıb. Komitə sədri Ramiz Həsənov da jurnalistlərə açıqlamasında bildirib ki, yeni standartlar çox ciddi və prosedurlar qəliz olduğundan kolbasa istehsalçılarının bir çoxu bu şərtlər altında işləyə bilməyərək bazardan çıxmalı olacaq. 
Maraqlıdır ki, komitənin kolbasa istehsalçılarıyla bağlı bu qərarı paytaxtdakı qəssabxanaların də işindən yan keçməyib və "halal" sözündən elə qorxmağa başlayıblar ki, hətta öz əlləriylə kəsdikləri mal-qaranın ətinin üzərinə "halal" sözü yazmağa ehtiyat edirlər ki, komitə onları cərimələyə bilər.
Moderator.az oxuculara bir fotonu təqdim edir və "halal ət" yazılmış lövhənin aprelin 2-dən necə "Hilal ət"ə çevrildiyini göstərmək istəyir... 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO