Bakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.
Bildirilib ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:11 / 01.11.2021
Bakının bu məktəbində 25 şagird koronavirusa yoluxdu - Distant tədrisə keçildi
Hazırda oxunan: Bakının bu məktəbində 25 şagird koronavirusa yoluxdu - Distant tədrisə keçildi
Hazırda oxunan: Bakının bu məktəbində 25 şagird koronavirusa yoluxdu - Distant tədrisə keçildi
44197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.