BSU-nun şöbə müdiri tələbədən aldığı 4 min manatı rektora verib - DETALLAR 

BSU-nun şöbə müdiri tələbədən aldığı 4 min manatı rektora verib - DETALLAR 

Hazırda oxunan: BSU-nun şöbə müdiri tələbədən aldığı 4 min manatı rektora verib - DETALLAR 

44181

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. 

Məhkəmədə şahid qismində Bakı Slavyan Universitetində ikinci təhsil alan tələbənin atası İsmət Nəzərov ifadə verib. İ. Nəzərov bildirib ki, üç illik təhsil üçün ondan beş min manat istənilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabiq rektorun məhkəməsində şahidlər danışdı – Pullar belə mənimsənilirmiş - TƏFƏRRÜAT 


Sonradan isə o, həmin məbləği dörd min manata endirilməsinə nail olub:

"Ödəniş etmək üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Həmçinin mənə bildirdi ki, qızımın universitetdə rahat oxumasına və “qayıb”lara da kömək edəcək. Qızım hazırda üçüncü kursda təhsil alır, universitetə 1100 manat borcumuz var". 

Şahid, həmçinin, qeyd edib ki, məsələ ilə bağlı qızı universitetin rektoruna müraciət etsə də, birmənalı cavab ala bilməyib: "Rektor qızımı qəbul edərkən ona "pulunuz belə çox idi ki, verirdiniz?", deyə sual verib. Mən hansısa “parkovşik”lə iş görməmişəm, universitetin təyin etdiyi rəsmi şəxslə danışmışam, ona ödənişəm pulu". 

Şahidin ifadəsinə münasibət bildirən Dürdanə Əliyeva bildirib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib. 


Proses noyabrın 15-də davam etdiriləcək. 

Qeyd edək ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO