Vətən müharibəsində iştirak edən bu hərbçilərə cinayət işi açılıb - Hərbi prokuror 

Vətən müharibəsində iştirak edən bu hərbçilərə cinayət işi açılıb - Hərbi prokuror 

Hazırda oxunan: Vətən müharibəsində iştirak edən bu hərbçilərə cinayət işi açılıb - Hərbi prokuror 

44161

“Bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb”. 

Bizim.Media xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, II Qarabağ müharibəsində əsgər və zabitlər arasında fərarilik edən kimsə olmayıb. 

“Bu əslində millətin ruhundan xəbər verir. II Qarabağ müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı açılan cinayət işlərinin bir qisminin istintaqı Hərbi Prokurorluqda gedir. Cinayət işlərinin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılır. Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb”, - deyə Xanlar Vəliyev vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO