Azərbaycanlı rəssam vəfat etdi

Azərbaycanlı rəssam vəfat etdi

Hazırda oxunan: Azərbaycanlı rəssam vəfat etdi

4411

Tanınmış rəssam Rafael Abbasov vəfat edib.

Bizim.Media xəbər verir ki, əməkdar rəssam xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Rəfael Abbas oğlu Abasov 28 noyabr 1943-cü ildə Bakıda anadan olub. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) idi.

O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında əsərlər çəkib.

1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib və Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO