Valeh Ələsgərov: “Kəndlərimizdə peyin nə qədərdir...

Valeh Ələsgərov: “Kəndlərimizdə peyin nə qədərdir..."

Hazırda oxunan: Valeh Ələsgərov: “Kəndlərimizdə peyin nə qədərdir..."

44025
Milli Məclisin bugünki iclasında çıxış edən deputat Zahid Oruc ucqar kəndlərin qazlaşdırılması sahəsindəki problemlərdən danışıb. Həmçinin o, ölkədəki hasarlamalara da diqqət çəkib və deyib ki, Azərbaycanda qonşular bir-birindən Çin səddini xatırladan hündür hasarlarla ayrılır. Evlərin hasarlanması üçün böyük miqdarda vəsaitin xərcləndiyini vurğulayan deputat prezidentin günün birində bu hasarların ləğvi ilə bağlı sərəncam verməsini da arzulayıb.

İclasa sədrlik edən vitse-spiker Bahar Muradova “Bu hasarların olması o qədər də qorxulu deyil. Əsas odur ki, insanların ürəyi arasında hasarlar olmasın” deyə deputat cavab verib.
 
Vitse-spiker Valeh Ələsgərov isə təkliflərə münasibət bildirib və ucqar kəndlərin qazlaşdırılması sahəsində problemlərin olmasından danışaraq, bu məsələnin tam həllinin mümkünsüz olduğunu deyib. O, təklif edib ki, bu barədə məsələ qaldıran deputatlar ucqar kəndlərə xərclənməli olan vəsaiti hesablamaq üçün bir riyaziyyatçıya müraciət etsinlər. 

Bu fikirlər Z.Oruc tərəfindən narazılıqla qarşılansa da, V.Ələsgərov öz çıxışına davam edib: “Mən səni tənqid etmirəm ki... Məsələnin deputatlar tərəfindən qaldırıldığını dedim. Mənim sözümü niyə kəsirsən”. 

Ardinca isə V.Ələsgərov “kəndlərimizdə peyin nə qədərdir, bunu bilirsiniz. Gəlin oturaq bunu müzakirə edək. Yoxsa hər kəndə qaz çəkməyə ölkənin pulu çatmaz” deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO