Sülhməramlıların yerləşdiyi ərazilərdəki vəziyyət təhlil edildi – NAZİRDƏN TAPŞIRIQ

Sülhməramlıların yerləşdiyi ərazilərdəki vəziyyət təhlil edildi – NAZİRDƏN TAPŞIRIQ

Hazırda oxunan: Sülhməramlıların yerləşdiyi ərazilərdəki vəziyyət təhlil edildi – NAZİRDƏN TAPŞIRIQ

43975

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki hazırkı vəziyyət təhlil edilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıya müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik edib.

Nazir, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO