Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Fuad Quliyev tutulub.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotk vasitəni "Batya" kimi tanıdığı şəxsdən aldığını bildirib.
Nərimanov RPİ-nin əməkdaşları tərəfindən əməliyyatın davamı olaraq həyata keçirdikləri tədbir zamanı narotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Bəxtiyar Orucov da tutularaq istintaqa təqdim edilib.
Onun üzərindən və yaşadığı evdən ümumilikdə 900 qrama yaxın satış üçün hazır şəkildə qablaşdırdığı heroin və elektron tərəzi aşkar edilib.
Bəxtiyar Orucov izahatında Nərimanov rayonu ərazisində əsasən gənclər arasında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 30.10.2021
\"Batya\" saxlanıldı – SƏBƏB - VİDEO
Hazırda oxunan: \"Batya\" saxlanıldı – SƏBƏB - VİDEO
Hazırda oxunan: \"Batya\" saxlanıldı – SƏBƏB - VİDEO
43961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.