Dövlət Komitəsi 11 yaşlı ana və körpəsini nəzarətə götürdü

Dövlət Komitəsi 11 yaşlı ana və körpəsini nəzarətə götürdü

Hazırda oxunan: Dövlət Komitəsi 11 yaşlı ana və körpəsini nəzarətə götürdü

43940

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 11 yaşlı ana və körpəsi nəzarətə götürülüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Dövlət Komitəsi yayıb.

Bidirilib ki, onların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.

Qeyd olunub ki, aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək:

"Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək. Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur".
 

Xatırladaq ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO