Qələbə Paradından sonra sərt karantin rejimi tətbiq olunacaq?

Qələbə Paradından sonra sərt karantin rejimi tətbiq olunacaq?

Hazırda oxunan: Qələbə Paradından sonra sərt karantin rejimi tətbiq olunacaq?

4387

Sosial şəbəkələrdə Qələbə Paradından sonra ölkədə karantin tədbirlərinin sərtləşdiriləcəyi, SMS icazələrin tətbiq olunacağı, repititorların fəaliyyətinə qadağa qoyulacağı və s. barədə məlumatlar yayılmaqdadır.

COVİD-19 infeksiyasına yoluxma sayının sürətlə artması fonunda yaranan problemlərlə ölkəni nələr gözləyir? Gündəlik yoluxanların sayı 4000-dən artıq, həyatını itirənlərin sayının isə 40 üzərində olması, xəstəxanalarda yerlərin, təcili tibbi yardım xidmətinin, eləcə də ölkədə dərman çatışmazlığı hökuməti hansı addımlar atmağa vadar edəcək?

Tibbi ekspert, ATU-nun dosenti Eldar Ələkbərov da Bizim.Media-ya müsahibəsində karantin tədbirlərinin sərtləşdirilməsini labüd hesab etdiyini deyib: 

“Qapanmalar vətəndaşlara işsizlik kimi iqtisadi problemlər yaradır. Ancaq nəzərə alsaq ki, insanlar sadəcə maarifləndirmə yolu ilə vətəndaş mövqeyı göstərmir, xəstəliyə etinasız yanaşırlar, bu səbəbdən sərt tədbirlərdən başqa yol qalmır”.

Məssələyə münasibət almaq üçün Tibbi Ərazi Birliklərini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. TƏBİB rəsmiləri vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq edəcəyi tələblərə riayət etməyin vacibliyini vurğuladılar: 

“TƏBİB olaraq vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etməyi tövsiyə edirik. Verilən qərarlar təsirsiz deyildir. Bütün qərarlar yoluxma sayının azalmasına yönəlib. Eyni zamanda üç qızıl qayda - maska taxmaq, məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməyi vacib sayırıq”.

Bəs SMS icazələr, repititorların fəaliyyətinə məhdudiyyətlər və s. karantin qadağaları tətbiq olunacaqmı?

Bu barədə sorğumuzu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli “Bu barədə məndə heç bir məlumat yoxdur”- deyə cavablandırdı.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO