Bu gün Vətən Müharibəsi şəhidi, Elxan Bədəl oğlu Məmmədovun şəhadətə yüksəlməsindən bir il ötür.
Bizim.Media xəbər verir ki, 2020-ci il oktyabrın 11-də Füzuli ətrafında gedən döyüşlərdə ağır yaralanan Elxan Məmmədov 18 gün komada qaldıqdan sonra həyatla vidalaşıb.
İndi Elxan Qobustan rayonunun Cəyirli kənd məzarlığında uyuyur.
Şəhidin anım mərasimində çıxış edənlər Elxanın Vətənin dar günündə könüllü olaraq cəbhəyə getdiyi xüsusi vurğulayıblar. Daha sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şəhidin atası Bədəl Məmmədov oğlunun xatirəsinə şəhid bulağı da inşa edib.
Ailənin 4 övladından sonbeşiyi olan Elxanın çox vətənpərvər gənc olub. Bunu şəhidin yayılan səs yazısı da sübut edir.
Ölümündən sonra Elxan Məmmədov Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə 4 döyüş medalı ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media