2-ci Qarabağ müharibəsində yaralanan Elçin Səmədov hələki əməliyyat olunmayıb.
Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bu barədə qazinin özü bildirib. Elçin Səmədovun sözlərinə görə, o hələlik Bakıda hospitaldadır:
"Vəziyyətim yaxşıdır, Bakıda xəstəxanadayam. Əməliyyat olunmamışam, həkimlər bu barədə hələlik heç nə demirlər. Özüm də gözləyirəm".
Qeyd edək ki, Qəbələ rayon İcra Hakimiyyətindən bir neçə gün öncə bildirilmişdi ki, qazi Elçin Səmədov Bakıya müayinə olunmaq üçün gətirilib. Müayinələr uğurla yekunlaşarsa, onun əməliyyat olunacağı gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:09 / 05.12.2020
Qazi Elçin Səmədov əməliyyat olunmayıb
Hazırda oxunan: Qazi Elçin Səmədov əməliyyat olunmayıb
Hazırda oxunan: Qazi Elçin Səmədov əməliyyat olunmayıb
4384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.