Bakıda dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu alan “falçı” tutulub.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək “İnstagram” sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradan paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxsi ələ keçiriblər.
MÖVZU İLƏ BAĞLI:
Falçı Səmayənin vəzifəli MÜŞTƏRİLƏRİ – “Şəkil verdi ki, cadu elə, qoy arvadı ölsün”
O, guya internet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib.
Əlizamin İslamov səhifəyə müraciət edən şəxslərə müxtəlif bank və ödəniş saytlarının rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını ələ keçirib. Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirib. Həmçinin həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb.
Bizim.Media