Neftçalanın sabiq icra başçısı 10 il azadlıqdan məhrum edildi

Neftçalanın sabiq icra başçısı 10 il azadlıqdan məhrum edildi

Hazırda oxunan: Neftçalanın sabiq icra başçısı 10 il azadlıqdan məhrum edildi

0:00
0:00
43798

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai- siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO