Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi də II oxunuşda müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI
Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Vüsalə Balayeva, Bizim.Media