“18 oktyabr bayram deyil?” – Deputatdan “qeyri-iş günü” TƏLƏBİ

“18 oktyabr bayram deyil?” – Deputatdan “qeyri-iş günü” TƏLƏBİ

Hazırda oxunan: “18 oktyabr bayram deyil?” – Deputatdan “qeyri-iş günü” TƏLƏBİ

43786

“Cəmiyyəti bir məsələ maraqlandırır. Biz 28 mayı qeyri-iş günü hesab edirik. Bəs, 18 oktyabr müstəqilliyimizin bərpası günü bayram deyil?”

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi”nin müzakirəsi zamanı deyib. O, bildirib ki, 18 oktyabr bizim dəyərimizdir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI


“Mən düşünürəm ki, Əmək Məcəlləsində dəyişiklik edilməlidir və 18 oktyabr da bayram günüdürsə, qeyri-iş günü olmalıdır. 28 may keçmişimiz, 18 oktyabr bugünümüzdür”.

Qeyd edək ki, 18 oktyabr “Müstəqilliyin bərpası günü”nü qeyri-iş günü olması üçün  Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO