AMEA-da yeni direktorlar seçildi – SİYAHI

AMEA-da yeni direktorlar seçildi – SİYAHI

Hazırda oxunan: AMEA-da yeni direktorlar seçildi – SİYAHI

43695

Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn ümumi yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda bölmənin elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsi müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-nın 3 institutun direktoru vəzifələrindən AZAD EDİLDİ    


AMEA-nın müxbir üzvü Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun və filologiya elmləri doktoru, professor Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq olunması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO