Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “www.armeniancrimes.com” portalı təqdim olundu - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “www.armeniancrimes.com” portalı təqdim olundu - FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “www.armeniancrimes.com” portalı təqdim olundu - FOTO

43693

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.armeniancrimes.com resurs bazası ictimaiyyətə təqdim olunub. 

Bizim.Media xəbər verir ki, portalın əsas məqsədi Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Portalda təqdim olunan məlumatların hər biri yerli və beynəlxalq mənbələrə əsaslanaraq, konkret faktlarla çatdırılır. Portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənəcək.

Portalın əsas səhifəsində Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və təbii sərvətlərinə qarşı törədilmiş cinayətlərin yer aldığı analitik yazı təqdim edilir. 

"Erməni vandalizmi” bölməsində vandalizmə məruz qalmış tarixi mədəniyyət nümunələri və təbii ehtiyatlar haqqında məlumatlar 7 kateqoriyada cəmlənib. Bu kateqoriyalarda ermənilərin Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdikləri vandalizm siyasəti ilə yanaşı, işğal altında olmuş ərazilərin tarixi, coğrafiyası, təbiəti, işğaldan əvvəl həmin rayonlarda mövcud olan infrastruktur və həyat tərzi, eləcə də işğala məruz qaldıqdan sonra 30 ilə yaxın müddətdə həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatlar verilib. 

Portalda ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə daha sürətli və diqqəti cəlb edən üsullarla çatdırmaq üçün hazırlanmış posterlər də yer alıb.

Dağıntıya məruz qalmış abidələr haqqında məlumatlar fotolarla yanaşı qısa informasiyalarla da çatdırılır. Erməni işğalına məruz qalmış ərazilərimizin coğrafi mövqeyini, görməli yerlərini, tarixi abidələrini, işğaldan əvvəlki həyat tərzini və inkişaf perspektivlərini, işğal dövründə viranə qoyulmuş vəziyyətlərini ictimailəşdirmək və dünya icimaiyyətinə çatdırmaq üçün ingilis dilində alt yazı və hər regiona xas musiqi müşayiəti ilə qısa video çarxlar hazırlanıb.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO