Bakıda aliment borcuna görə axtarışda olan şəxs tutulub

Bakıda aliment borcuna görə axtarışda olan şəxs tutulub

Hazırda oxunan: Bakıda aliment borcuna görə axtarışda olan şəxs tutulub

43692

Bakıda axtarışda olan şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt sakini Emil Qasımov tutulub.

O, rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilmişdi.

Belə ki, saxlanılan şəxs iki övladına görə keçmiş həyat yoldaşına müəyyən müddətdir aliment ödəməkdən boyun qaçırır. Köməksiz qalan qadın isə polis əməkdaşlarına müraciət edib.

Dindirilmə zamanı müəyyən olunub ki, E.Qasımov tüfeyli həyat tərzi keçirir.

Daha sonra E.Qasımov Binəqədi Rayon İcra və Probasiya şöbəsinə təhvil verilib, eləcə də borclu olduğu alimentin bir hissəsi ödətdirilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO