“Ən çox həbs edilənlər icra başçılarıdır” - İcra Hakimiyyəti strukturu ləğv edilməlidirmi? - AÇIQLAMA

“Ən çox həbs edilənlər icra başçılarıdır” - İcra Hakimiyyəti strukturu ləğv edilməlidirmi? - AÇIQLAMA

Hazırda oxunan: “Ən çox həbs edilənlər icra başçılarıdır” - İcra Hakimiyyəti strukturu ləğv edilməlidirmi? - AÇIQLAMA

43676

Son zamanlar İcra hakimiyyətlərinin fəaliyyəti haqqında cəmiyyətdə böyük müzakirələr gedir. Ekspertlət bu sistemin çevik idarəetməyə mane olduğunu bildirirlər. Bu səbəbdən də son icra hakimiyyətlərinin ləğv olunması barədə müxtəlif fikirlər səslənir.

Azərbaycanda bu struktur nə ilə əvəzlənə bilər? Azərbaycan üçün idarəetmədə daha uyğun hansı modeldir?

Mövzu ilə bağlı bir neçə ictimai, siyasi xadimlərə müraciət etdik. Əksər millət vəkilləri suallarımızı cavablandırmaq istəmədilər. 

Razılıq verənlər isə...

Millət vəkili Razi Nurullayevin fikrincə, əgər Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası özünü doğrultsa bu variant Azərbaycanın digər ərazilərində də belə əyalətlərin yaradılması yaxşı olardı. 

“İcra hakimləri rayonlar və şəhərlərdə abadlıq işlərinin getdiyini söyləyirlər. Ancaq bu quruculuq işlərinə baxdıqda isə çox eybəcər mənzərənin şahidi oluruq. Bu mexanizimdə rəhbər heyəti saymaqla bitirmək olmur.  Nə qədər ki, icra hakimiyyəti, bələdiyyələr, icra nümayəndələri var, bir o qədər də insanların narazılıqları səngimir. Bu cür inzibati bölgü həm də şəffaflığın yaradılması üçün də maneə törədir. Daha çox inzibati qurum olduqda, ona nəzarət etmək də çətinləşir”.

Azərbaycan xırda hissələrə bölünür...

Razi Nurullayev həmçinin belə idarəetmə ilə Azərbaycan özü də  sanki xırda hissələrə bölünür.
“Hamısına da rayon adı verirlib. Rayon mərkəzlərinin özünün inkişaf mexanizmi çox zəifdir. Şəhərsalma qaydaları ümumiyyətlə sıfırın altındadır.
 

Mən hesab edirəm ki, bu sahədə islahatların keçirilməsi vacibdir və inanıram ki, bu baş verəcək. Əlavə olaraq da, idarəçilik sistemini dəyişdirilməsi üçün həm də konstitusiya dəyişikliklərinə ehtiyac yaranır”.


Ən çox həbs edilənlər icra başçılarıdır...

Cümşüd Nuriyev isə məsələni başqa aspektdən dəyərləndirir. O, Razi Nurullayevdən fərqli olaraq deyir ki, ümumiyyətlə Azərbaycan konstitusiyasında İcra Hakimiyyəti deyilən bir orqan yoxdur və buna görə də idarəetmə sistemində müəyyən boşluq yaranıb.

“İstənilən idarəetmə mövcud vəziyyətdən arzuedilən vəziyyətə gətirib çıxarmaq bacarığı üzərində qurulur. Təəssüf ki, Azərbaycanda ən çox həsb edilənlər, koorupsiyaya uğrayanlar da məhz elə icra hakimləridir. Bunlar Prezidentin təyinatı ilə ora göndərilsə də, yerli camaatla dil tapa bilmir. Bu da bir çox problemlərə yol açır. Sonradan məlum olur ki, onların bəziləri ofisiant, tamada işləyənlər, kiminsə yeznəsi, kiminsə kürəkəni olublar”. 

İcra hakimiyyətləri ləğv edilsin...

Politoloq qeyd edir ki, traybalizmlə göndərilən başçılar ölkəni çox pis vəziyyətə salıblar. Hakimiyyətə qarşı ciddi narazılıqlar yaradıblar. 

“Ona görə, bu sistemi dəyişmək lazımdır. Bunun üçün ilk növbədə bələdiyyələrin işlərini, strukturlarını inkişaf etdirmək lazımdır. Türkiyənin idarəetmə modeli bizə ən yaxın olan modeldir, bunu yaxın 5 ildə həyata keçirmək olar. Azərbaycanda bu qədər icra hakiminə ehtiyac yoxdur. Həmçinin Prezidentin göstərişi ilə iqtisadi zona da yaradıldı.
 

Həmin bölgünü iqtisadi rayonlar bölgüsü əsasında 10-11 əyalət sisteminə keçirmək olar. Belə olduğu zaman bu əyalətlərə vali təyin olunmalıdır. Əksəri kənd və rayonlar olduğu üçün burada daha çox kənd-təsərrüfatı sahəsində təcrübəsi olan adamlar lazımdır”. 


C. Nuriyev yeni təyin olunan cavan icra başçılarından da  söz açıb. O, qeyd edib ki, təcrübələr göstərdi ki, yeni gələn gənclər o sahəyə nabələd olduğu üçün heç nə edə bilmir. 

“Mən hələ ki, heç bir rayonda kənd təsərrüfatının inkişaf etdiyini görməmişəm. İkincisi bunlar böhran vəziyyətində idarə etməni bilmirlər. Azərbaycanın 30 illik təcrübəsi göstərdi ki, bu sistem özünü doğrultmadı. Ona görə valilik, əyalət sisteminə keçmək daha doğrudur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO