Bu gün Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Mətbuat Müşaviri Həmid Qaradəniz redaksiyamızın qonağı olub.
Vətəninfo.az İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlı qonağa agentliyin yaranmasından ötən 5 il ərzindəki fəaliyyətindən, əldə olunan uğurlardan, məlumatların oxucu auditoriyasına doğru-düzgün, obyektiv və qərəzsiz çatdırılmasından söhbət açıb.
Görüşdə baş redaktor Nahid Canbaxışlı həmişə olduğu kimi, bundan sonra da iki qardaş ölkə - Azərbaycanla Türkiyə arasında səmimi münasibətlərin daha da inkişaf etdirilməsi, qazanılan nailiyyətlərlə bağlı məlumatların geniş işıqlandırılması və ictimaiyyətə çatdırlması yönündə səylə çalışacaqlarını vurğulayıb.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Mətbuat Müşaviri Həmid Qaradəniz də, öz növbəsində, Vətəninfo.az İnformasiya Agentliyi ilə daha sıx əməkdaşlıq edəcəyini və Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi istiqamətində bütün qüvvələrini səfərbər edəcəklərini söyləyib.
Müşavir göstərilən qonaqpərvərliyə və səmimiyyətə görə baş redaktora və redaksiya heyətinə təşəkkürünü bildirib.
Sfera.az