Bakıda ağacın dibi asfaltdan təmizləndi

Bakıda ağacın dibi asfaltdan təmizləndi

Hazırda oxunan: Bakıda ağacın dibi asfaltdan təmizləndi

43624

Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 148 ünvanında ağacın dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bizim.Media xəbər verir ki, bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

“Əməkdaşlarımızın nəzarəti altında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sözügedən ağacın dibi asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib” - xidmət rəsmisi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO