Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər tam bərpa olundu - FOTO

Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər tam bərpa olundu - FOTO

Hazırda oxunan: Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər tam bərpa olundu - FOTO

43597

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş evlər və obyektlər tam bərpa olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Cocuq Mərcanlı kəndində ziyan dəymiş 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.

Həmçinin, Füzuli rayonunda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 13 yaşayış evi dağıdılmış, 360-a yaxın tikiliyə zərər dəymişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Əliyevlə Ərdoğana Cocuq Mərcanlıdakı 2 layihə barədə məlumat verildi - FOTO 


Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman çərçivəsində görülmüş işlər nəticəsində 357 tikili təmir-bərpa olunub, 12 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.

Hazırda 1 yaşayış evi və 1 inzibati binanın inşası, o cümlədən 2 tikilinin təmir-bərpası yekunlaşmaq üzrədir. Yaxın zamanda Füzuli rayonu ərazisində tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır.
 

Ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.


Digər tikililər üzrə görülən işlərin də ən qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi, həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr səfərbər edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO