Bakıda yol qəzası: xəsarət alanlar var - FOTO

Bakıda yol qəzası: xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Bakıda yol qəzası: xəsarət alanlar var - FOTO

43575

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında Nizami rayonunda qeydə alınıb.

Mikayıl Əliyev küçəsində “Azsamand” markalı avtomobillə “Kia Rio” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü (şəxsiyyətəri dəqiqləşdirilir) ağır xəsarətlər alıb.

Hadisə yerinə yol polisi və təcili yardım cəlb olunub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, hadisəyə “Azsamand” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. (report)

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO