Azərbaycanda bu universitetdə erməni dilinin tədrisinə başlanıldı

Azərbaycanda bu universitetdə erməni dilinin tədrisinə başlanıldı

Hazırda oxunan: Azərbaycanda bu universitetdə erməni dilinin tədrisinə başlanıldı

43503

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib. 

Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən təşkil olunan təlimlərin məqsədi tədqiqatçılarımıza Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək, həmçinin bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır. 

Təlim kurslarının 6 ay davam etdirilməsi nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO