“iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ: Bu proqramı telefondan silin! 

“iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ: Bu proqramı telefondan silin! 

Hazırda oxunan: “iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ: Bu proqramı telefondan silin! 

43410

Təhlükəsizlik tədqiqatçıları iOS istifadəçilərinə "Facebook”u telefondan silməyi məsləhət görüblər. 

Bizim.Media xəbər verir ki, buna səbəb tətbiqin məkan icazəsi söndürülsə belə, məkan məlumatlarını toplamağa davam edir. 

"Facebook” bir müddətdir istifadəçi təhlükəsizliyi və məxfiliyi ilə bağlı ciddi tənqidlərə məruz qalır. İndi təhlükəsizlik tədqiqatçıları yeni xəbərdarlıq ediblər.  

Məsələ burasındadır ki, "Facebook” daim akselerometr məlumatlarını oxuyur. Əgər siz "Facebook”un məkana daxil olmasına icazə vermirsinizsə, proqram sizi telefonunuzun akselerometr qeydləri ilə eyni vibrasiya modelinə uyğun gələn istifadəçilərlə qruplaşdıraraq dəqiq yerinizi çıxara bilər. 
 

Məsələn, avtobusdasınızsa və orada olan sərnişin öz yerini "Facebook” ilə paylaşırsa, proqram asanlıqla sərnişinlə eyni yerdə olduğunuzu deyə bilər. Çünki hər iki vibrasiya nümunəsi eyni olacaq. 


"Facebook”un akselerometrdən məlumat toplamasını dayandırmağın yeganə yolu tətbiqi silməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO