Metroda sərnişin sıxlığının artması ilə bağlı stansiyalarında gücləndirilmiş iş rejimində çalışan yeni nəzarət qrupları yaradıb.
Bizim.Media-nın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, pandemiya ilə bağlı qərar və tapşırıqlara əməl olunması ilə bağlı nəzarət tədbirləri gücləndirilib:
MÖVZU İLƏ BAĞLI:
Metronun bu stansiyalarında interval ENDİRİLDİ
"Stansiyalarda gündəlik sərnişin sayı, daşıma prosesinin təşkili, buna uyğun qatarların hərəkətinin tənzimlənməsi prosesi aparılır. Bununla bağlı qruplar xüsusi rejimdə işləyir, sərnişin hərəkəti izlənilir, sıxlığa nəzarət edilir. Hazırda metroda sıxlıq yaranmasının qarşısı tənzimlənmə üsulu ilə alınır".
B.Məmmədov əlavə edib ki, hazırda qatarlar arasında gecikmələrə rast gəlinməyib:
“Ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılır, ehtiyac yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılır və bununla da stansiyada ciddi sıxlığın yaranmasının qarşısı alınır. Əsasən, səhər və axşam pik saatlar nəzarətdə saxlanılır”. (Trend)
Bizim.Media