Yanınızdakı bu bürcün sahibi necə adamdır? – Çox MARAQLIDIR

Yanınızdakı bu bürcün sahibi necə adamdır? – Çox MARAQLIDIR

Hazırda oxunan: Yanınızdakı bu bürcün sahibi necə adamdır? – Çox MARAQLIDIR

43344

İnsanlar arasında bürcləri gündəlik izləyənlər, hətta həyatlarında baş verənləri qoroskopla bağlayanlar çoxdur. 

Bizim.Media bütün bürclər haqqında maraqlı faktlar toplayıb.

Qoç bürcü:

Ən xeyirxah bürcdür. Cəsur və səmimidir. Bəzən iti və aqressiv ola bilir. Yalan danışmağı bacarmır. İnsanlardan asılıdır. Onlar sanki böyük uşaq kimidir. Sevdiyi bütün insanlara güvənirlər. Ədalətlidirlər. Düşmənlərinə qarşı amansız ola bilir və zəif yerlərini nümayiş etdirmirlər. Köməksizin xətrinə dəyməz. Sevginin əsiri olur. Ən qorxduqları aldadılamaqdır.

Buğa bürcü:

Vərdişlərinin əsiridir. Stabilliyi sevir və yenilikləri həzm etmir. İnadkardır. İlk baxışdan sakit biri təəssüratını yaratsa da, daxilində böyük gücü var. Qarşısına çıxanı toza çevirə bilər. İstənilən adamı istənilən yerdə güldürə bilər. Buğa yalan danışmağı bacarsa da, bunu etməyi sevmir. Ona inanmaq lazımdır. Məqsədyönlüdür və real olmayan hədəf üçün çalışmır.

Əkizlər bürcü:

Ən dəyişkən və enerjili bürcdür. Asan gəlirləri sevir. Əkizlər arasında şarlatan və fırıldaqçı az deyil. Hər şeyi bilir və eyni zamanda bilmir. Öz səhvləri üzərində çalışır. Prinsipialdır. Hər zaman yeni xəyal və arzular dalınca qaçmamağa qərar versə də, hər şey təkrarlanır. Asılılıqlara meyillidir. Özlərinin necə yaxşı imkanlara sahib olmadığını görmədən həyatlarını daha da yaxşılaşdırmağa səy göstərirlər. 

Xərçəng bürcü:

Ən sirli bürcdür. Hər şeyi özündə saxlamaq istəyir, bölüşmür. Yeniliklərə açıqdır. Böyük hərflərlə liderdir. İnsanları arxasınca apara bilir. Adamların daxilini görür. Yardım etməyi xoşlayır. Uğura köklənib və uğursuzluqlara dözür. 

Şir bürcü:

Qoroskopun ən parlaq nümayəndəsidir. Yaxşı təşkilatçı, özgüvənli, bacarıqlı və yaradıcı potensiallıdır. Diqqət cəlb etməkdən qorxmur, başqalarını ruhlandırır. Səmimi və düzgündür. Maskasız, necə varsa, elədir. Qələbələrə öyrəşib.

Qız bürcü:

Daimi olmayan bürcdür. Dəyişiklik və çətinlikləri asan keçirir. Hər şeyi detalları ilə görür. Ən çox milyonçu və milyarder qız bürcündən olanlardır. Sevgisi naminə dünyanın o başına da gedə bilər.

Tərəzi bürcü:

Əla strateqdir. İkili naturaya sahibdir. Motivasiya etmək bacarıqları da var. Başqalarının düşüncəsini özlərinə uyğunlaşdıra bilir, lakin bundan məkirli məqsədləri üçün istifadə etmirlər. Ən tənbəl bürcdür.

Əqrəb bürcü:

Eyni vaxtda həm etibarlı, həm də təhlükəli ola bilər. Hər zaman hisslərin təsirində olur. Nə istədiyini bilir. Şüursuz davranmır və mövqeyini dəyişmir. İnkişafa meyillidir. Qisas almağı xoşlayır. Sirli olsa da, açıq danışmağı sevir. Çox vaxt düşüncə və duyğularını gizlədir. Amma danışmağa başladısa, zərrə də yalan demir.

Oxatan bürcü:

Macəralara hazırdır. Qorxularının boğazından yapışır. Ədalət savaşçısıdır. Təbii çəkiciliyə sahibdir. Optimizm və sevgi doludur deyə ətrafa xoş ovqat bağışlayır. Sədaqətli dostdur. Onunla mübahisə mənasızdır. Çünki dediyindən dönməyəcək. Diplomatik üslubda fakt və arqumentlər gətirərək opponentini istənilən mövzuda fikrindən döndərər.

Oğlaq bürcü:

Başqalarını idarə edə bilir. Həssasdır. Uğur üçün çox şeyə qadirdir. Onları ambisiyaları yaşadır. Optimizm və sevgi oğlaqlara müəyyən yaşla gəlir. Əla intuisiyaları var. Ağılla səbəbləri araşdıranda gələcəyi də doğru tapa bilir.

Dolça bürcü:

Öz düşüncə və arzularında daimidir. Gələcəyə köklənib. Başqalarını təəccübləndirməkdən qorxmur. Öz ünvanına səslənən tənqidə pis reaksiya verir. Başqalarının fikrindən asılıdır. İnsanlara çox bağlanandır. Məsuliyyətdən qorxur. 

Balıq bürcü:

Gələcəyi təxmin edə bilirlər. İnsanları pis və yaxşıya bölmürlər. Xüsusi ömür sürürlər və tənhalıqları çoxdur. Uğur üçün axının tərsinə üzməlidirlər. Çoxsaylı istedadları var. Dünyaya sevgi və mərhəmət dolu baxırlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO