Şəxsi avtomobillərə bayraq vurmaq olmaz – DİN-dən AÇIQLAMA

Şəxsi avtomobillərə bayraq vurmaq olmaz – DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Şəxsi avtomobillərə bayraq vurmaq olmaz – DİN-dən AÇIQLAMA

43195

Daxili İşlər Nazirliyİ (DİN) şəxsi avtomobillərdən dövlət bayrağının sökülməsi ilə bağlı açıqlama yayıb.

Bizim.Media-nın məlumatına görə, DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, nəqliyyat vasitələrinə vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır:

"Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur.
 

MÖVZU İLƏ BAĞLI:

DYP sürücülərə SƏSLƏNDİ – “Bu yollar bağlı olacaq” 


Bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür".

E.Hacıyev əlavə edib ki, müvafiq qanunda da dövlət bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzaları ilə bağlı qeyd yoxdur:

“Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın", - E.Hacıyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO