Bu gün şəhid Səttər Piriyevin doğum günüdür - FOTO  

Bu gün şəhid Səttər Piriyevin doğum günüdür - FOTO  

Hazırda oxunan: Bu gün şəhid Səttər Piriyevin doğum günüdür - FOTO  

43185

Bu gün Qubanın Zərdabi qəsəbəsində Vətən Müharibəsi şəhidi Səttər Fuad oğlu Piriyevin doğum günü qeyd olunub.  

Bizim.Media xəbər verir ki, şəhidin 23 yaşının tamam olduğu gün yaşadığı evin qarşısında Səttər şəhid bulağının açılışı olub. 

Açılış mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər və Quba İH-nin nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Milli Ordusunun hərbçisi, leytenant Səttər Piriyevin Xocavənd döyüşlərində fəal iştirakından və döyüşlərin birində qəhrəmancasına şəhid olması qeyd olunub.

Şəhid leytenant Səttər Piriyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə"və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO