Restorana daxil olmaq istəyən koronavirus xəstəsi saxlanıldı

Restorana daxil olmaq istəyən koronavirus xəstəsi saxlanıldı

Hazırda oxunan: Restorana daxil olmaq istəyən koronavirus xəstəsi saxlanıldı

42896

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhərin mərkəzində yerləşən restoranlardan birində aşkar edilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, restoranda olan digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Kamal Kenqerlinskiy COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb.
 

Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.


Onun barəsində Səbail Rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO