“Ölkə əhalisinin televiziya izləyən hissəsinin yarısı (43,38%) yerli kanallara baxmır”.
Bizim.Media xəbər verir ki, bu iddia ilə məşhur telejurnalist Turan İbrahimov çıxış edib.
O, televiziyaların reytinq cədvəlinin siyahısını öz Facebook səhifəsində yayımlayaraq öz fikrini izləyiciləri ilə bölüşüb.
“Aşağıdakı Azərbaycan üzrə televiziya izlənmə statistikasıdır. Yəni, reytinq cədvəlindən açıq-aşkar görsənir ki, ölkə əhalisinin televiziya izləyən hissəsinin yarısı (43,38%) yerli kanallara baxmır. Yerdə qalan hissəsi isə, yerli , yeddi kanal arasında bölünür(AzTV siyahıda yoxdur, reytinqi ölçülmür)”.
Daha sonra aparıcı qeyd edib ki, hazırda televiziya kanallarının vəziyyəti qənaətbəxş deyil.
“Gördüyünüz mənzərə onu göstərir ki, yerli televiziya kanalların vəziyyəti çox acınacaqlıdır. Hətta onlara qoyulan sərmayəni belə real olaraq doğrultmur. MTRŞ-nın gələcək illərdə tətbiq edəcəyi, yeni texnologiya ilə əldə ediləcək reytinq nəticələri isə, məncə, vəziyyətin daha da pis olduğunu ortaya qoyacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 23.10.2021
Azərbaycan əhalisi yerli kanalları izləmir? - FOTO
Hazırda oxunan: Azərbaycan əhalisi yerli kanalları izləmir? - FOTO
Hazırda oxunan: Azərbaycan əhalisi yerli kanalları izləmir? - FOTO
42890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.