Baş həkim və müavininin cinayət işi ilə bağlı YENİ XƏBƏR

Baş həkim və müavininin cinayət işi ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Baş həkim və müavininin cinayət işi ilə bağlı YENİ XƏBƏR

42845

Bakıda mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev, onun müavini Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. 
 

Qeyd edək ki, Aparılan istintaq-əməliyyat tədbirləri ilə 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girdiyi üzə çıxıb.


2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

Zərərçəkmiş şəxs qismində Bakı şəhər Baş Səhiyyə İdarəsi tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO